Göbələkli kartof
Hər növ yemək və şirniyyat reseptleri
Göbələkli kartof

Tərkibi:
Kartof- 700 qr
Şampion – 400 qr
Yağlı xama -300 ml
4 sarımsaq dilimi
Bir dəstə cəfəri
Bitki yağı (istənilən)- 80 ml
Duz
İstiot
Hazırlanması:
Kartof təmizlənir, doğranılır, dilimlər yumşalana kimi qızardılır, duz və istiot vurulur. Tərəvəzlərə sarımsaq, xama əlavə edilir və vam odda 5 dəqiqə bişirilir.
Göbələk doğranılır, qızardılır, kartofun və xırda doğranmış göyərtinin üzərinə əlavə edilir. Alınmış kütlə bir qaba tökülüb sobada 200 dərəcədə 25 dəqiqə bişirilir.
Nuş olsun!