Göbələkli-qarabaşaqlı badımcan (foto resept)

Göbələkli-qarabaşaqlı badımcan (foto resept)


Hər növ yemək və şirniyyat reseptleri

Göbələkli-qarabaşaqlı badımcan (foto resept)

Göbələkli-qarabaşaqlı badımcan (foto resept)
Tərkibi (6 pay üçün):

1 kq badımcan (və ya qırmızı qabaq)

150 q göbələk

100 q qarabaşaq

100 q mal əti

100 q pendir

100 q soğan

"Azərduz" yodlu narın xörək duzu, istiot

Hazırlanması:

Badımcanları yuyub qurulayırıq. İki hissəyə bölürük. İçinin yumşaq hissəsini çıxarırıq.

Çıxardığımız içliyi kub şəklində doğrayırıq.

Soğanı da doğrayırıq.

Göbələyi də doğrayırıq.

Mal ətini də doğrayırıq.

Mal ətini tavada yağsız qovururuq.

Ət bir qədər bişdikdən sonra soğanı əlavə edirik.

Sonra göbələk qatılıb bişirilir.

Badımcanın içini də əlavə edib bişiririk.

İçliyin tərkibinə gedən ərzaqlar bişdikdən sonra bişmiş qarabaşağı əlavə edib azacıq qovururuq və içliyi soyumağa qoyuruq.

Soyumuş içliyi badımcanin içinə yığırıq.

Sevdiyimiz növ pendiri sürtkəcdən keçiririk (reseptdə holland pendiridir).

Doldurulmuş badımcanların üzərinə əlavə edirik.

Badımcanları sobada 180 dərəcədə bişiririk.
Yeməyimiz hazırdır.
Göbələkli-qarabaşaqlı badımcan (foto resept)
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023