Gül kələmi pendirlə

Gül kələmi pendirlə


Hər növ yemək və şirniyyat reseptleri

Gül kələmi pendirlə

Gül kələmi pendirlə
Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə.

Lazım olan məhsullar:

- gül kələmi - 1 baş (orta)

- yumurta - 3 ədəd

- pendir - 150-200 qr (holland pendiri və ya buna oxşar digər pendir istifadə oluna bilər)

- süd və ya qaymaq - 3-4 xörək qaşığı

- duz (zövqə görə)

- kərə yağı (tavaya çəkmək üçün)

Hazırlanması:

1. Gül kələmini təmizləyin, "gülləri" biri birindən ayırın və yuyun.

2. Kələmi duz əlavə olunmuş qaynayan suya salın və yumşalana kimi (təxminən 10 dəqiqə) bişirin. Daha sonra suyu tökün, kələmi aşsüzənə qoyun.

3. Pendiri sürtgəcdən keçirin.

4. Yumurtanı yaxşı çalın, sonra süd (və ya qaymaq) və pendiri əlavə edib kütləni yaxşı qarışdırın.

5. Tavaya ("tefal" tavadan istifadə edin) kərə yağı çəkin, gül kələmini düzün və üzərinə yumurtalı-pendirli qarışıq tökün.

6. Sobanı qabaqcadan 1800 C kimi qızdırın və gül kələmini sobada 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024