GÜNƏBAXAN salatı

GÜNƏBAXAN salatı


Hər növ yemək və şirniyyat reseptleri

GÜNƏBAXAN salatı

GÜNƏBAXAN salatı
Çox dadlı, doyumlu və gözəl görünüşlü salatdır.
İnqrediyentlər:
- 300 qr toyuq filesi
- 150 qr duzlu şampinyon göbələyi
- 50 qr holland pendiri
- 3 yumurta
- 1 banka zeytun
- mayonez
- duz
- oval formasında çipsi
Hazırlanması:
1. Toyuq filesi və yumurta bişirilir və soyudulur.
2. Toyuq filesini və göbələkləri kiçik tikələrə doğrayın.
3. Pendiri sürtgəcdən keçirin.
4. Yumurta ağını və sarısını sürtgəcdən keçirin.
5. Yumru buluda file qoyun, üzərinə bir az mayonez tökün.
6. Üzərinə göbələk qoyun, mayonez tökün.
7. Yumurta ağını səpin, mayonez tökün.
8. Pendir səpin, mayonez tökün.
9. Üzərinə yumurta sarısını səpin.
10. Zeytunları uzununa 2 hissəyə bölün və salatın üzərinə düzün.
GÜNƏBAXAN salatı
11. Hazır salatı 4-5 saat soyuducuda saxlayın.
12. Salatı masaya verdikdən əvvəl ətrafına çipsi düzün.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024