Halvanın resepti

Halvanın resepti


Hər növ yemək və şirniyyat reseptleri

Halvanın resepti

Halvanın resepti
Tərkibi: un-180 qram, kərə yağı =200 qram, şəkər tozu -200 qram, su -200 ml, duz -bir çimdik.

İlk öncə şərbəti hazırlayırıq. Bunu üçün 200 qram şəkər tozuna 200 ml su töküb qoyuruq qaynamağa. Şərbət qaynayan kimi onu kənara qoyuruq.

200 qram yağı tavaya töküb qoyuruq əriməyə. Qaynatmağa ehtiyac yoxdur. Yağ əriyən kimi ona un və bir çimdik duz əlavə edirik, daha sonra qovururuq. Qaz orta odda olmalıdır. Yağla un qızılı rəngdə olana kimi dayanmadan qovururuq.

Un qızılı rəngdə olduqdan sonra tavanı kənara qoyub, şərbəti az-az əlavə eib qarışdırırıq. Halvamız hazırdır.Boşqablara yığın, qonaqlara təqdim etmədən öncə üzərini bəzəyin.

Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024