Hazırlanması çox asan səhər yeməyi
Hər növ yemək və şirniyyat reseptleri
Hazırlanması çox asan səhər yeməyi

Səhər yeməyi üçün "Yumurtalı kartof" əla seçimdir.
Lazım olan ərzaqlar:
2 ədəd kartof
2-3 ədəd yumurta
Qırmızı bibər, duz-istiot, duru yağ
Hazırlanma qaydası:
Kartofları soyub kub formasında doğrayın və yağda qızardın. Yumurtaları çalın və kartofun üzərinə hər yerinə dağılacaq formada tökün. Üzərinə qırmızı bibər və istiot tökərək qarışdırmadan bişirin. Altı bişdikdən sonra çevirərək digər üzünü də bişirin. Həftə sonu qəlyanaltınıza ləzzət qatmaq istəyirsinizsə mütləq etməlisiniz. Nuş olsun.