Həftəbecər salatı
Hər növ yemək və şirniyyat reseptleri
Həftəbecər salatı

Tərkibi:
150 qr qızardılmış ət
100 qr qızardılmış toyuq
Baş soğan
1-2 duzlu xiyar (şoraba)
1 çuğundur
3 stəkan smetan
Hazırlanması:
Qızardılmış əti və toyuğu xırda-xırda doğrayırıq, üzərinə xırda yumru doğranmış soğan, turşu xiyar, bişirilmiş çuğundur tökülür. Alınmış məhsulu salat qabına töküb üzərinə bişirilmiş gavalı və ya şoraba suyu ilə həll edilmiş smetan əlavə edilir.
Ətrafına göy soğandan qarnir, turşu kələm, çuğundur, turşuya qoyulmuş gavalı və xiyar qoyulur.
Nuş olsun!