Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI


Hər növ yemək və şirniyyat reseptleri

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI
Bir çox ətir rəfləri əslində bənzədilmiş saxta məhsullarla dolu olur.
Əksərən müştərilərin bundan xəbəri olmur və baha qiymətə saxta ətir alır. Qeyd edək ki, saxta ətirlər bizə həm maddi, həm də sağlamlıq baxımından zərər vurur. Ancaq bu saxta malları ayırd etməyin çox sadə yolları var. Tatli.Biz həqiqi ətri saxta ətirdən ayırmağın bəzi məqamlarını diqqətinizə çatdırır.
Qüsursuz paketləmə
Əgər şəffaf örtük narahatedici, düzgün olmayan bir şəkildə yapışdırılıbsa, o ətir saxtadır. Həqiqi ətir qutuları hər zaman qüsursuz örtüyə sahibdir.
Şüşə keyfiyyəti
Həqiqi ətirlərin yüksək keyfiyyətli şüşələri olur. Saxta olanlar isə daha kobud və düzgün olmayan xarici xətlərə sahibdir.
Keyfiyyətli qutu
Həqiqi paketləmə yüksək keyfiyyətli kartondan hazırlanır və şüşəni zərbələrə qarşı qoruyacaq şəkildə hazırlanır. Buna görə qutuların içində ətir şüşəsini tutacaq bir boşluq var. Həmçinin karton ağ olmalıdır, bozumtul yox.
Etiket və yazılar
Orijinal qutu və saxta qutu üzərindəki yazıya diqqət edildiyində gözlə görülə bilən fərqlər var. Ətir alarkən məhsulun internet səhifəsini də ziyarət etməkdən çəkinməyin, oradakı məhsul haqqında məlumatları və paketi müqayisə edin. Ən kiçik fərq belə imitasiya əlamətidir.
Ətir rəngi
Məşhur markalar ətirlərində çox boya istifadə etmirlər. Buna görə həqiqi ətirlərin rəngi daha açıq olur. Ətrin diqqətçəkən kimyəvi rəngi onun saxta olduğunun bir işarəsidir.

Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023