Heyva ilə ətirli piroq

Heyva ilə ətirli piroq


Hər növ yemək və şirniyyat reseptleri

Heyva ilə ətirli piroq

Heyva ilə ətirli piroq
Ərzaqlar:
- 3 yumurta
- 1 stəkan şəkər tozu (xəmir üçün)
- 3-4 x.q. şəkər tozu (heyva üçün)
- yarım stəkan süd
- 120 qr kərə yağı
- 1 x.q. qabartma tozu
- 1,5 stəkan un (1 stəkan + yarım stəkan)
- 5-7 heyva
Hazırlanması:
1. Heyva yaxşı yuyun, kub şəklində doğrayın, qazana qoyun, üzərinə  yarım stəkan su və 3-4 x.q. şəkər tozu tökün, vam odda yumşalana qədər bişirin. Sonra heyvanı süzgəcə qoyun ki, şirəsi axsın.
2. Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
3. Yumşaq kərə yağını əlavə edin, yenə çalın.
4. İlıq süd əlavə edin, qarışdırın.
5. Una qabartma tozu əlavə edin, qarışdırın, ələyin, yağlı-yumurtalı kütləyə əlavə edin, yaxşı qarışdırın.
6. Formaya perqament kağızı sərin, üzərinə yağ çəkin, xəmir qoyun, hamarlayın.
7. Üzərinə heyva tikələri qoyun.
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
9. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024