Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI

Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI


Hər növ yemək və şirniyyat reseptleri

Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI

Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI
Heyva piroqunun hazırlanma qaydasını təqdim edirik. Xüsusən də heyva sevənlər bu dadı çox bəyənəcək. Üstəlik hazırlanması da asandır.
Lazım olan ərzaqlar:
- 200 qr. yumşaq kərə yağı
- 1 stəkan şəkər tozu
- 5 yumurta
- 1 paket qabartma tozu
- 1 x.q. nişasta
- 1 stəkan un
- 2 orta heyva
- 1 qəhvə fincanı pudra şəkəri (bəzəməyi üçün)
Hazırlanması:
1. Heyvanı dilimlərə kəsin, az miqdarda suda şəkər tozu əlavə etməklə yumşalana qədər bişirin.
2. Otaq temperaturunda kərə yağı ilə şəkər tozunu çırpın.
3. 5 yumurtanı tək-tək əlavə edin.
4. Çırpmağa davam etdiyiniz bu qarışıma qabartma tozu, nişasta və un əlavə edin. Bu qarışımı yağlanmış formaya tökün.
5. Üzərinə heyva dilimlərini düzün.
6. Əvvəldən isitdiyiniz sobada 175 dərəcədə təxminən 45 dəqiqə bişirin. Piroq soyuyandan sonra pudra şəkəri səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024