Heyva ilə YÜNGÜL və DADLI KEKS

Heyva ilə YÜNGÜL və DADLI KEKS


Hər növ yemək və şirniyyat reseptleri

Heyva ilə YÜNGÜL və DADLI KEKS

Heyva ilə YÜNGÜL və DADLI KEKS
Tərkib:
- 1 iri heyva
- 1 stəkan şəkər tozu
- 3 yumurta
- 1 stəkan manna yarması
- 1 stəkan qatıq
- yarım stəkan un
- 10 qr qabartma tozu
- 3 x.q. bitki yağı
- vanilin
- duz
Hazırlanması:
1. Yumurta, duz, şəkər tozu və vanilini mikserlə birlikdə çalın.
2. Qatıq, yağ əlavə edin, qarışdırın, sonra manna yarmasını əlavə edin, yenə qarışdırın.
3. Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə əlavə edin, qarışdırın, xəmiri bir qədər saxlayın ki, manna yarması şışsin.   
4. Heyvanı yaxşı yuyun, qabıqlı şəkildə sürtgəcdən keçirin, xəmirə əlavə edin, qarışdırın. Xəmir qatı xama kimi alınmalıdır.
5. Xəmiri yağ çəkilmiş formaya tökün. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu yuxarısı qızarana qədər bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
6. Piroq soyanda üzərinə pudra səpmək olar.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024