Heyva və qara gavalı ilə toyuq sobada

Heyva və qara gavalı ilə toyuq sobada


Hər növ yemək və şirniyyat reseptleri

Heyva və qara gavalı ilə toyuq sobada

Heyva və qara gavalı ilə toyuq sobada
Məhsullar:
- toyuq (1-1,2 kq)
- 2 iri heyva
- 8-9 iri qara gavalı qurusu
- duz, istiot, kəklikotu
Hazırlanması:
Toyuğu yuyun, doğrayın, duz, istiot, bir az kəklikotu, zövqə görə digər ədviyyatları vurun, qarışdırın, 40 dəqiqə saxlayın.
Qara gavalı və heyvanı tikələrə doğrayın.
Hamısını soba paketinə qoyun, bir az qarışdırın.
Paketi bağlayın, bir neçə yerdən deşin, tavaya qoyun.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, toyuğu 45-60 dəqiqə bişirin.
Toyuğu kartof, düyü və yabaşqa qarnirlə verə bilərsiniz.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024