Holland pendirini evdə hazırlayın! UCUZ və ASAN...

Holland pendirini evdə hazırlayın! UCUZ və ASAN...


Hər növ yemək və şirniyyat reseptleri

Holland pendirini evdə hazırlayın! UCUZ və ASAN...

Holland pendirini evdə hazırlayın! UCUZ və ASAN...
Salatların, əksər yeməklərin "canı" olan bərk pendiri evdə hazırlamağı da öyrənək və ondan bol-bol istifadə edək!

Ərzaqlar:

Yağlı (9%-dən yuxarı) kəsmik – 500 qr.
Kərə yağı – 50 qr.
Yağlı süd – 500 ml.
Yumurta – 1 ədəd
Soda – 0,5 ç.q.
Duz – 0,5 ç.q.

Hazırlanması:

Süd və kəsmik dərin qazanda qarışdırılır. Ən zəif odun üzərinə qoyulur, taxta qaşıqla süd qaynamağa başlayana kimi qarışdırırıq. Qaynamağa başladısa, qarışdırmağı dayandırırıq və 10-15 dəqiqə qaynadırıq. Sonra odu söndürürük və kütləni süzgəcə tökürük. Əgər süzgəcin gözləri iridirsə, o zaman bir neçə qat tənfizdən istifadə edin. Zərdabı axıb gedənə kimi gözləyirik.
Bir qazançada kərə yağı, yumurta, duzvə soda yaxşıca qarışdırılır. Kərə yağı yumurta ilə tam qarışıb həmcins oldusa, o zaman süzülmüş südlü kəsmik kütləsini bura - qarışığa əlavə edirik.
Sonra bu qazançanı vam odun üzərinə 5 dəqiqəlik qoyuruq ki, dəm alsın və dayanmadan taxta qaşıqla qarışdırırıq. Əgər kütlənin çox quruduğunu görsəz, süzülmüş zərdabdan (suyundan) bir neçə qaşıq bura əlavə edə bilərsiz. Kütlə bərk pendir rəngində (açıq sarı) olduğu zaman, demək, oddan götürmək lazımdır.
Pendiri istədiyimiz formaya töküb soyuducuya qoyuruq. Budur, bir neçə saatdan sonra bərk pendirimiz hazır. Bu reseptlə hazırlanan pendir çox duzlu olmayacaq, istəsəz duzun miqdarını artıra bilərsiz.

Dostlarınla Paylaş

Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024