İdeal blinçik resepti

İdeal blinçik resepti


Hər növ yemək və şirniyyat reseptleri

İdeal blinçik resepti

İdeal blinçik resepti
Bişirməyə alışdığınız Blinçik xəmiri reseptini bir kənara qoyun.

Tərkibi:

600 ml su
600 ml süd
1,5 stəkan un
1,5 stəkan kartof nişastası
4 ədəd yumurta
1 ç/q duz
3 x/q kərə yağı
3 x/q şəkər tozu
yarım ç/q vanil
Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın.

Tatli.Biz


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023