İFTARA ÖZƏL: Asan hazırlanan almalı keks - RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

İFTARA ÖZƏL: Asan hazırlanan almalı keks - RESEPT

İFTARA ÖZƏL: Asan hazırlanan almalı keks - RESEPT
İftardan sonra çayın yanında bu keksdən yeyə bilərsiniz.

Tatli.Biz hazırlanması asan, tərkibi xəfif almalı keksin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

125 qr marqarin vəya kərəyağı

125 qr şəkər

200 qr un

3 yumurta

6 iri alma

1 paket qabartma tozu və vanil

3 yemək qaşığı süd

1 yemək qaşığı toz şəkər və darçın

Üzərinə ələmək üçün:

Yarım çay stəkanı pudra şəkəri

Hazırlanması:

Almaları soyub dörd hissəyə bölün, içini təmizləyin. Sonra dilimlərin üzərini ucu sivri bir bıçaqla incə-incə cızın.

Qabda yumurta və şəkəri çırpın, yağ, un, qabartma tozu, vanil və südü əlavə edib keksi hazırlayın.

Qarışığı yağlı kağız yaydığımız dairəvi qaba tökün. Keksi ortasından kənarlara doğru çəkin.

Almaları bir-birinə dəyəcək şəkildə keksin üzərinə düzün. Üzərinə toz şəkər və darçın səpin.

Əvvəlcədən 180 dərəcə temperaturda qızdırılmış sobada bişirin.

Sobadan çıxardığımız keksin üzərinə soyuyanda pudra şəkəri səpin.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026