Kabab üçün marinadlar – 5 resept


Hər növ yemək və şirniyyat reseptleri

Kabab üçün marinadlar – 5 resept

Kabab üçün marinadlar – 5 resept
1. Quzu kababı üçün ədviyyəli marinad

Tərkibi:

500 qr ət,

1 baş soğan

2-3 diş sarımsaq

Quru qırmızı bibər

Duz(zövqə görə)

Hazırlanması:

Soğan və sarımsaq xırda doğranır, düz və istiot qatılır. Alınmış qarışıq doğranmış ətin üzərinə tökülüb yaxşıca qarışdırırlır. Sərin yerdə 4-6 saat saxlanılır.

2. Pivəli marinad

Tərkibi: 500 qr ət

100 ml soya sousu

75 qr bal

100 ml pivə

2 diş sarımsaq

1 ədəd qırmızı bibər

1 budaqcıq rozmarin

Hazırlanması:

Sarımsağı xırda doğrayın, digər tərkiblərlə qarışdırırn. Alınmış marinadın içərisinə yağlı qoyun ətini doğranmış şəkildə töküb, yaxşıca qarışdırıb, 1 gecə soyuducuda saxlayın.

3. Toyuq üçün marinad

Tərkibi:

500 qr toyuq əti

Yarı limonin şirəsi

3 xörək qaşığı zeytun yağı

½ çay qaşığı sarımsaq tozu

Quru italyan ədviyyatı

Duz və quru istiot (zövqə görə)

Hazırlanması:

Toyuğu doğrayın, ədviyyatları əlavə edin, limon şirəsi və zeytun yağı qatıb yaxşıca qarışdırın. Yarım saat yaxlayın.

4. Qoyun kababı üçün acı marinad

Tərkibi:

500 qr ət

1-2 xörək qaşığı bitki yağı

Döyülmüş qara istiot

Dəfnə yarpağı (döyülmüş)

Mayaotu (ədviyyat)

Döyülmüş qırmızı istiot (zövqə görə)

Hazırlanması:

Soğan ət maşınından keçirilir, bitki yağı, istiot, dəfnə yarpağı, mayaotu əlavə olunur. Alınmış marinada doğranmış ət əlavə olunub qarışdırılır və 5-6 saat sərin yerdə saxlanılır.

5. Mal əti üçün marinad

Tərkibi:

500 qr mal əti

200 qr quru çaxır

50 ml zeytun yağı

1 budaqcıq rozmarin

Kəklikotu

Acı bibər

Tərxun (zövqə görə)

Hazırlanması:

Yağ və çaxırı qarışdırın, rozmarin və ədviyyatları əlavə edin, alınmış marinadın üzərinə doğranmış əti töküb, otaq temperaturunda 30 dəqiqə saxlayın.

Dostlarınızla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026