"Kabaçki" ruletləri ətlə

"Kabaçki" ruletləri ətlə


Hər növ yemək və şirniyyat reseptleri

"Kabaçki" ruletləri ətlə

Bu ən xeyirli və orqanizm tərəfindən asan mənimsənilən tərəvəzlərdən biridir.
"Kabaçki" müxtəlif vitamin (A, B qrupu, PP, C) və mineral maddələrlə (kalium, maqnezium, fosfor, kalsium, dəmir və s.), pektinlərlə zəngindir. Bu tərəvəz həzm prosesləri yaxşılaşdırır, qəbizliklə mübarizə aparır, orqanizmdən artıq xolesterini çıxardır.
Bu azkalorili tərəvəz arıqlamaq məqsədi ilə tutulan müxtəlif pəhrizlərə tez-tez daxil edilir.
Təqdim etdiyimiz yemək çox dadlı və faydalıdır.
Lazım olan məhsullar
- Çəkilmiş ət (yağlı olmamalıdır) - 500 qr
- Soğan - 1 dənə
- Kabaçki - 3 dənə
- Yumurta - 1 dənə
- Xama - 2 xörək qaşığı
- Pendir (holand pendiri və s.) - 100 qr
- Duz, istiot - zövqə görə
- Göyərti (keşniş, reyhan)
Hazırlanma
1. Çəkilmiş ət, xırda doğranmış soğan və göyərti, yumurta, xama, duz, istiot yaxşı qarışdırılır.
"Kabaçki" ruletləri ətlə
2. Kabaçki yuyulur və bir qədər qalın doğranılır (şəkildə göstərdiyi kimi).
"Kabaçki" ruletləri ətlə
3. Ət və kabaçkilərdən kiçik ruletlər düzəldirik.
"Kabaçki" ruletləri ətlə
4. Ruletləri ayrı-ayrı olmaqla folqaya kip büküb, tavaya düzürük və sobada 180-200 C-də təxminən 30-40 dəqiqə ərzində bişiririk.
"Kabaçki" ruletləri ətlə
5. 30-40 dəqiqə keçdikdən sonra tavanı sobadan çıxardırıq, folqanı açırıq, ruletin üzərinə sürtgəcdən keçirilmiş pendir səpirik və açıq vəziyyətdə pendir əriyənə kimi sobaya qoyuruq.
"Kabaçki" ruletləri ətlə
Nuş olsun!
www.povar.ru
"Kabaçki" ruletləri ətlə

Dostlarınla Paylaş

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024