Kartof – eskalop

Kartof – eskalop


Hər növ yemək və şirniyyat reseptleri

Kartof – eskalop

Kartof – eskalop
Tərkibi:
- 6 orta ölçülü kartof

- 4 xörək qaşığı duzsuz kərə yağı

- 3 xörək qaşığı un

- 2,5 stəkan süd

- 200 qr ovulmuş pendir

- Duz və istiot

Hazırlanması:

Sobanın hərarətini 200 dərəcəyə çatdırın.

Vam odda qazda qızdırılmış tavaya yağ əlavə edin. Bir qədər sonra un əlavə edib qəhvəyi rəng alınana kimi qarışdırın. Duz və istiot vurub, üzərinə süd əlavə edib yenidən qarışdırın.

Tavanı qazın üzərindən götürüb bütün qarışığı böyük bir kasaya boşaldın. Digər bir kasada dairəvi doğranmış, duz və istiot səpilmiş kartofları yumrulayın.

Kürəcikləri tavaya qoyub üzərini süd və kartof qarışığı ilə örtün.

Kartof qatının üzərinə ovulmuş pendir əlavə edin.

Tavanı folqa kağızı ilə örtün və 60 dəqiqə sobada bişirin.

Folqanı çıxarın və 5-10 dəqiqə qızılı rəng alan qədər sobada saxlayın.

Sobadan çıxarın, 10 dəqiqədən sonra süfrəyə vermək olar.

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024