Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ

Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ


Hər növ yemək və şirniyyat reseptleri

Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ

Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ
Tərkib:
- 4 ədəd çiy kartof
- 1 ədəd soğan
- 3 x.q bitki yağı
- 1 dəstə keşniş (və ya göy soğan, cəfəri və s.)
- 2 yumurta
- 1 x.q. un
- 100 qr holland pendiri
- duz, istiot.
Hazırlanması:
1. Kartof yuyulur, təmizlənir, sürtgəcin iri gözündən keçirilir.
2. Soğan və keşniş xırda doğranılır, kartofa əlavə olunur.
3. Yumurta çalınır,un, duz, istiot əlavə olunur, yaxşı qarışdırılır, kartoflu kütləyə əlavə olunur, qarışdırılır.
4. Bitki yağını tavada yaxşı qızdırırıq, "xəmiri" tökürük, hamarlayırıq.
5. Tavanın qapağını örtürük və piroqu 15 dəqiqə ərzində qızardırıq.
6. Piroqu çevirik və yenə 15 dəqiqə qızardırıq.
7. Pendiri sürtgəcdən keçirdirik, hazır piroqun üzərinə tökürük, tavanın qapağını örtürük ki, pendir ərisin.
8. 10 dəqiqədən sonra piroq hazırdır.
Nuş olsun!
Mənbə: povarenok.ru
Tərcümə:

Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024