Keks albalı ilə - asan və dadlı
Tatli.Biz

Keks albalı ilə - asan və dadlı


Hər növ yemək və şirniyyat reseptleri

Keks albalı ilə - asan və dadlı

Keks albalı ilə - asan və dadlı
Uşaqlar keks çox xoşlayır. Səhər yeməyi, 2-ci nahar üçün belə keks çox yaxşı variantdır.
Albalını çiyələk, ərik və s. istədiyiniz meyvələr və giləmeyvələrlə əvəz etmək olar. Dükanlarda satılan dondurulmuş giləmeyvələri da istifadə etmək olar.
Lazım olan məhsullar:
- Kərə yağı - 150 qr
- Yumurta - 3 ədəd
- Şəkər tozu - 150 qr
- Un - 1,5-2 stəkan
- Qabartma tozu - 2 ç.q.
- Su - 6 x.q.
- Vanilin - 1 bağlama
- Albalı (çəyirdəksiz) - 200 qr
Hazırlanması:
1. Bütün inqrediyentlər eyni temperaturda olmalıdır. Bunun üçün yumurtanı və yağı soyuducudan əvvəlcədən çıxardın və ev temperaturunda saxlayın.
2. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı qarışdırılır (şəkər tozu tam əriməlidir).
3. Yumurta bir-bir əlavə olunur və qarışdırılır.
4. Un, qabartma tozu, vanilin və su əlavə olunur və yaxşı qarışdırılır. Xəmir xama qatılığında olmalıdır (nə çox qatı, nə də çox duru).
5. Formaya (10x25 sm) perqament kağızı səririk, üzərinə xəmirin bir hissəsini, üzərinə də albalı qoyuruq. Daha sonra yenə xəmir və yenə albalı. Sonda da qalan xəmiri tökürük.
6. Keks əvvəlcədən 180-2000 C kimi qızdırılmış sobada təxminən 50 dəqiqə ərzində (üstü qızarana kimi) bişirilməlidir.
7. Hazır keksi sobadan çıxardırıq, soyuduruq və üzərinə şəkər kirşanı səpirik.
Nüş olsun!

Dostlarınla Paylaş

Keks albalı ilə - asan və dadlı - Hər növ yemək və şirniyyat reseptleri


Keks albalı ilə - asan və dadlı, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Keks albalı ilə - asan və dadlı, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 127 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021