Kəsmik və qara gavalı ilə piroq | Tatli.Biz
Kəsmik və qara gavalı ilə piroq
Hər növ yemək və şirniyyat reseptleri

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə piroq
Məhsullar:
- 200 qr kəsmik
- 150 qr şəkər tozu
- 150 qr kərə yağı
- 3 yumurta
- 1 portağal
- 200 qr qara gavalı qurusu
- 150 qr un
- 2 ç.q. qabartma tozu
Hazırlanması:
1. Portağalın sarı qabığını (sedranı) sürgəcin köməyi ilə soyun, şirəsini sıxın.
2. Qara gavalını isti suda saxlayın, qurudun, xırda doğrayın.
3. Yağı şəkərlə qarışdırın, yumurta əlavə edin, qarışdırın.
4. Şirə və sedranı əlavə edin, qarışdırın.
5. Qara gavalı, sonra isə kəsmiyi əlavə edin, qarışdırın.
6. Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə əlavə edin, yaxşı qarışdırın.
7. Formaya yağ çəkin, xəmir qoyun.
8. Sobanı 180 C qədər qızdırın, 30-35 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 104 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022