Kəsmikli blinçik


Hər növ yemək və şirniyyat reseptleri

Kəsmikli blinçik

Kəsmikli blinçik
Ərzaqlar:

Bilinçik üçün:
Kəsmikli blinçik

2,5 st süd

1 st un

2-3 ədəd yumurta

1/2 x.q şəkər tozu

1/4 x. q duz

1 x.q bitki yağı

Qızartmaq üçün: 5-6 x.q b.yağı

Tavanı yağla silmək üçün: Pambıq

İçlik üçün:
Kəsmikli blinçik

200 q pəhriz kəsmiyi

1 x.q xama

1/2 st kişmiş

2 x.q şəkər tozu

1/4 limon

Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır. Bu içliyə görə isə 14-15 ədəd blinçiki bükmək olar. İstəsəniz blinçikin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.

Hazırlanması:

Bilinçiki hazırlamaq üçün bax Bilinçikin hazırlanması

İçliyi hazırlamaq üçün kişmişi yuyuruq. Kəsmiyi, şəkər tozunu, xamanı və kişmişi qarışdırırıq. Limonu sıxıb şirəsini qarışığa əlavə edib qarışdırırıq. İşlik hazırdı.

Kəsmikli blinçik
Hazır bilinçiklərin birini götürüb içinə 1 x.q dolu içlik qoyub adi bilinçik kimi bükürük.

Bükülmüş bilinçikləri yağda hər iki üzünü qızardırıq.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026