Kəsmikli-çiyələkli piroq

Kəsmikli-çiyələkli piroq


Hər növ yemək və şirniyyat reseptleri

Kəsmikli-çiyələkli piroq

Kəsmikli-çiyələkli piroq
Tərkib:
Xəmir:
- 2 stəkan un
- 200 qr kərə yağı (soyuq)
- 1 stəkan şəkər tozu
- 1 iri yumurta
- 1 paket qabartma tozu
- 1 çimdik duz
İçlik:
- 300-400 qr çiyələk
- 200 qr kəsmik
- 100 qr qatı xama
- 1 st şəkər tozu
- 1 yumurta
- 2 x.q. un
- 1 ç.q. vanilin
Hazırlanması:
1. Un qabartma tozu ilə birlikdə ələnir, doğranmış kərə yağı əlavə olunur, barmaqlarla yaxşı ovuşdurulur.
2. Yumurta, vanilin əlavə olunur, xəmir yoğrulur.
3. Xəmiri plyonkaya bükün və 40 dəqiqə soyuducuda saxlayın.
4. Çiyələyi yuyun, təmizləyin, qurudun.
5. İçlik: ələkdən sıxılmış kəsmik, xama, şəkər tozu, yumurta, un, vanilin mikserlə yaxşı çalınır.
6. Formaya xəmir qoyun, hamarlayın, qıraqları qaldırın.
7. Çiyələyi kiçik tikələrə doğrayın, xəmirin üzərinə qoyun, üzərinə içlik tökün.
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın və piroqu 40-45 dəqiqə ərzində bişirin.
Nuş olsun!
  

Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024