Kəsmikli kökə


Hər növ yemək və şirniyyat reseptleri

Kəsmikli kökə

Kəsmikli kökə
Ərzaqlar:
Kəsmikli kökə

3 st un

250 q kərə yağı

200 q pəhriz kəsmiyi

1/3 ç.q duz

1 paket vanil

Üstünə səpmək üçün şəkər tozu

Yaymaq üçün: 1-2 x.q un

Hazırlanması:

Yağı sürtgəcin böyük gözündən keçiririk.

Kəsmikli kökə
Yağa unu əlavə edib ovuruq.

Kəsmikli kökə
Vanili və duzu da töküb kəsmiyi əlavə edib əlimiz ilə normal xəmir düzəldirik.

Kəsmikli kökə
Xəmiri sellafana qoyub soyuducuda 2 saat saxlayırıq.

Xəmiri iki hissəyə bölürük.  Hər birinin altına un səpib oxlov vasitəsilə 4-5 m.m qalınlıqda yayırıq.

Kəsmikli kökə
Stəkanın ağızı ilə dairələr kəsirik. (Əgər stəkanın ağızı xəmirə yapışarsa ağız hissəni unlayın onda yapışmayacaq)

Kəsmikli kökə
Alınan dairələri şəkildəki kimi formaya salırıq. Üç hissələrini az basırıq ki, bişəndə açılmasın.

Kəsmikli kökə
Kəsmikli kökə
Kəsmikli kökə
Bir üzünü şəkər tozuna batırıb qaba yığırıq.

Kəsmikli kökə
Kəsmikli kökə
200 dərəcədə qızdırılmış sobada 30-40 dəqiqəyə üzü qızaranadək bişiririk.

Kəsmikli kökə
Kəsmikli kökə
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026