Kiçik Qablarda Kükü

Kiçik Qablarda Kükü


Hər növ yemək və şirniyyat reseptleri

Kiçik Qablarda Kükü

Kiçik Qablarda Kükü
Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərinin yanında süfrəyə vermək olar.

Lazım olan ərzaqlar:
50 qr kərə yağı
1 ovuc qoz ləpəsi
İspanaq, keşniş, şüyüd, göy soğan – hər birindən 1 dəstə
4 yumurta
duz və istiot

Göyərtiləri təmizləyib yuyun və suyunu qurudun. Sonra xırda doğrayın.

Yumurtaları duz və istiot ilə qarışdırın.

Doğranmış göyərtiləri, yumurta, əridilmiş kərə yağı və xırdalanmış qozu bir qabda yaxşı qarışdırın.

Keks qablarını yağlayıb hazırladığınız qarışımı qablara doldurun və 190 dərəcəli sobada 20 dəqiqə bişirin.

Süfrəyə qatıq ilə verin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024