Kivi ilə çox sadə və dadlı piroq | Tatli.Biz
Kivi ilə çox sadə və dadlı piroq
Hər növ yemək və şirniyyat reseptleri

Kivi ilə çox sadə və dadlı piroq

Kivi ilə çox sadə və dadlı piroq
Məhsullar:
- 5 yumurta
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- vanil
- 4 dəymiş kivi (turş olmamalıdır)
Hazırlanması:
Kivini soyun, tikələrə doğrayın.
Yumurtanı çalın, şəkər və vanil əlavə edin, yaxşı çalın (kütlə xeyli artmalıdır).
Hissə-hissə un əlavə edin, çox ehtiyatla qarışdırın. Xəmir qatı xama kimi alınmalıdır.
Formaya yağ çəkin, xəmir tökün, hamarlayın, üzərinə kivi düzün.
Sobanı 220-250 C qədər qızdırın, piroqu 40-50 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 101 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022