Kokteyl "Sabahın xeyir"
Hər növ yemək və şirniyyat reseptleri
Kokteyl "Sabahın xeyir"

Səhər yeməyi üçün yeni çəkilmiş portağal şirəsi yerinə düşər. Onun hətta ətri enerji və gümrahlıq verir.
Tərkibi:
150 ml təzə çəkilmiş portağal şirəsi
2 çay qaşığı bal
50 ml yağsız qaymaq
Hazırlanması:
Bütün komponentləri bir yerdə yaxşıca qarışdırıb bir qədəhə tökün və buz əlavə edin (buzu yayda əlavə edin, indi buzsuz da istifadə edə bilərsiniz). Onu giləmeyvə, portağal dilimi və ya sitrus meyvəsinin qabığı ilə də bəzəyə bilərsiniz.