Koreyasayağı pomidor


Hər növ yemək və şirniyyat reseptleri

Koreyasayağı pomidor

Koreyasayağı pomidor
Ərzaqlar:

- 2 kq pomidor, iri doğranmış (yarıdan)

- 4 ədəd bolqar bibəri

- 2 baş sarımsaq

- -göyərti

- 100 qr sirkə

- 100 qr bitki yağı

- 100 qr qənd

- 2 xörək qaşığı duz

Hazırlanması:

1. Sarımsaq və bibəri (2 bibəri zövqə görə acı bibər də götürə bilərsiniz) ət maşınından keçirin. Qarışdırın.

2. Göyərtini doğrayın

3. 3 litilik bankaya ərzaqları qat-qat düzün: pomidor, sonra tərəvəz qarışığı, göyəri. Bütün ərzaqlar əlavə olunur.

4. Bankanı qapaqla bağlayın və tərsinə çevrilmiş şəkildə soyuducuya qoyun.

5. 8 saatdan sonra istifadəyə hazırdır.

Axşamdan edə bilərsiniz, səhərə hazır olacaq. Sonra bankanı adi vəziyyətə çevirə bilərsiniz. Bir gün daha çox saxlasanız, daha da dadlı olacaq.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026