Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)

Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)


Hər növ yemək və şirniyyat reseptleri

Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)

Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Tərkibi:
1/2 dəstə pərpərən
Bir miqdar cəfəri
4 yemək qaşığı konserv qarğıdalı
4 ədəd közlənmiş qırmızı şirin bibər
"Zeytun bağları" zeytun yağı
Limon suyu
Duz
Hazırlanması:

Əvvəlcə 1/2 dəstə pərpərən yaxşıca yuyulur, qurudulur və iri bir qabda doğranır.

Daha sonra cəfəri də yuyulub qurudularaq doğranır və 4 yemək qaşığı qarğıdalı ilə birlikdə pərpərənin üzərinə əlavə edilir

Sonra közərmiş qırmızı bibərləri küp halında doğrayaraq digər tərkib hissələrinin üzərinə əlavə edirik. Qeyd edim ki, məsələn, İstanbul marketlərdində bu cür közlənmiş bibərlər istənilən marketdə satılır, onlar həm də turşu kimi də istifadə olunur. Ləzzəti ayrılıqda da gözəldir.

Sonda salata zeytun yağı, limon suyu və duzu da əlavə edin

Servis edərkən yaxşı olar ki, qırmızı bibəri salatın ortasına yerləşdirəsiniz. Bu həm salatın görünüşcə gözəl görünməsinə səbəb olacaq, həm də uzun müddət salat sulanmayacaq.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024