Ləzgi piroqu SKAN. Sadə resept

Ləzgi piroqu SKAN. Sadə resept


Hər növ yemək və şirniyyat reseptleri

Ləzgi piroqu SKAN. Sadə resept

Ləzgi piroqu SKAN. Sadə resept
İnqrediyentlər:
Xəmir:
- 1 kq un
- 2 stəkan su
- 1 ç.q. duz
- 1 ç.q. şəkər tozu
- 1 paket quru maya
- 3 x.q. bitki yağı
- kərə yağı (üzərinə çəkmək üçün)
İçlik:
- 500-700 qr farş
- 2 kartof
- 1-2 baş soğan
- duz, istiot, digər ədviyyatlar (zövqə görə)
Hazırlanması:
1. Yuxarıda göstərilən məhsullardan xəmir yoğurun, isti yerdə yarım saat saxlayın ki, xəmir qalxsın.
2. İçlik: kartofu nazik-nazik, soğanı xırda doğrayın, farşa əlavə edin, qarışdırın, duz, istiot vurun.
3. Xəmiri 2 hissəyə bölün, nazik yayın, üzərinə əridilmiş kərə yağı çəkin.
4. Xəmiri əvvəl rulet formasında, sonra ruleti ilbiz formasında bükün, 15 dəqiqə saxlayın (üzərinə mətbəx dəsmalı sərin).
5. İlbizi ehtiyatla ortadan başlayaraq yayın, yağ çəkilmiş formaya qoyun, üzərinə içlik qoyun, üzərinə o biri yayılmış xəmiri qoyun, böyürləri yaxşı birləşdirin. Piroqun ortasında buxarın çıxması üçün dəlik açın.   
6. Piroqu qabaqcadan 180 C qızıdırılmış sobaya qoyun, təxminən 1 saat bişirin. Hazır piroqun üzərinə kərə yağı çəkin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024