Ləziz "Bişməyən Cheesecake" şirniyyatı

Ləziz "Bişməyən Cheesecake" şirniyyatı


Hər növ yemək və şirniyyat reseptleri

Ləziz "Bişməyən Cheesecake" şirniyyatı

Ləziz "Bişməyən Cheesecake" şirniyyatı
Bu dəfə "Bişməyən Cheesecake" şirniyyatının reseptini təqdim edəcəyik. Dünyanın ən asan hazırlanan şirniyyatı deyə bilərik.

Tərkibi:

1 paket yulaflı biskvit

1 çay qaşığı darçın

4 xörək qaşığı kərə yağı

2 xörək qaşığı kakaolu fındıq kremi (nutella da ola bilər)

1 çimdik duz

1 kasa çiyələk (fərqli meyvələr istifadə edə bilərsiniz)

¼ bardaq şəkər tozu

1 çay qaşığı vanel

1 ədəd jelatin

Hazırlanması:

Biskvitləri darçın, bir çimdik duz, kakao ilə un halına gələnə qədər blenderdən keçirin. Daha sonra yağı əridib, kakaolu fındıq kremini içərisinə əlavə edin.

1 kasa çiyələk, vanil, şəkər tozu və 2 xörək qaşığı qədər suyu qaba əlavə edin. Çiyələk yumşalana qədər bişirilir. Bişən qarışığı blenderdən keçirin.

Başqa bir kasada yenə 1 xörək qaşığı su ilə jelatini yumşaldın. Daha sonra jelatini çiyələkli sousa əlavə edin və jelatin tamamilə əriyənə qədər 1-2 dəqiqə bişirin.

Kremi və şəkər tozunu mikserlə çalın. Daha sonra vanil əlavə edib təkrar qarışdırın. Hazırladığımız çiyələk sousundan 1 stəkan alıb kremə əlavə edin və daha sonra biskvitli qəlibə tökün. Təxminən 2 saat soyuducuda yaxşıca soyudun.

2 saat sonra qalan çiyələkli sousu cheesecakein üzərinə tökün və 30 dəqiqə daha şkafda gözlədin.
Qəlibdən rahat çıxara biləcəksiniz

Xidmət etmədən əvvəl üzərini meyvələrlə bəzəyin. Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024