Ləzzətindən doymayacağınız yay salatı - RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

Ləzzətindən doymayacağınız yay salatı - RESEPT

Ləzzətindən doymayacağınız yay salatı - RESEPT
Yayda yağlı yeməklərdən uzaq durun, ləzzətli salatlar hazırlayın.

Tatli.Biz yay salatının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 banka turşuya qoyulmuş göbələk

1 ədəd orta boy yerkökü

1 ədəd kiçik qırmızı Bolqar bibəri

1 ədəd kiçik sarı Bolqar bibəri

1 ədəd kiçik yaşıl Bolqar bibəri

1 ədəd orta boy turşu-xiyar

1 ədəd orta boy təzə xiyar

1 ədəd orta boy baş soğan

3-4 x/q limon suyu

3-4 x/q zeytun yağı

Zövqə görə şüyüd

Duz, istiot

Hazırlanması:

Göbələkləri iki yerə bölün. Yerkökünü qaynadıb nazik doğrayın. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

Soğanı nazik doğrayın və üzərinə duz səpin. Bütün ərzaqları bir qaba qoyub üstünə limon suyu və zeytun yağı əlavə edin. Zövqə görə duz, istiot əlavə edin.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026