Ləzzətli "Balqabaq şorbası"nı belə hazırlayın


Hər növ yemək və şirniyyat reseptleri

Ləzzətli "Balqabaq şorbası"nı belə hazırlayın

Ləzzətli "Balqabaq şorbası"nı belə hazırlayın
Bu resept 5-6 nəfərdən ibarət süfrə üçün nəzərdə tutulub. Hazırlanması 10 dəqiqə vaxt alacaq. Qazanda qaynatdıqdan sonra 12-15 dəqiqə orta dərəcəli qazda bişirin.

Lazım olan ləvazimatlar:

Balqabaq – 500 qram
Un – 3 xörək qaşığı
Kərə yağı və ya duru yağ – 2 xörək qaşığı kərə yağı və ya yarım stəkan duru yağ
Duz- 1 çay qaşığı
Istiot – 1 çay qaşığ
Limon – 1 ədəd limonun yarısı
1 ədəd yumurta sarısı
2 xörək qaşığı un
1 bardaq – su

Şorba üçün seçəcəyiniz balqabaqların sərt olmasına diqqət yetirin. Yumşaq balqabaq həm şorbanın görünüşünü poza bilər, həm də suda dağıla bilər.

Hazırlanması:
Balqabaqları xırda-xırda doğrayın.

Tavada kərə yağı və ya duru yağı yanmamasına diqqət edərək qızdırın. 1 ədə xırda doğranmış soğanı əlavə edin. Soğanlar qızaranda balqabaqları əlavə edib qarışdırın.

Balqabaqların suyu çəkilənə qədər qarışdırın. Sonra 2 xörək qaşığı unu əlavə edin. Un qovrulana qədər 1-2 dəqiqə yenə qarışdırmağa davam edin.

Qarışdırdıqdan sonra qazana 6 bardaq isti su əlavə edin və qaynadın.

Ayrı bir qaba 1 stəkan soyuq su, 1 ədəd yumurta sarısı, 2 şorba qaşığı un və yarım limon suyunu yaxşıca mikserlə qarışdırıb qaynamaqda olan şorbanın üzərinə əlavə edin.

Duz və 1 çay qaşığı istiot əlavə edib 1-2 dəqiqə daha qaynadıb şorbanızın isti şəkildə süfrəyə verin.

İstəsəniz şorbanın üzərinə qızdırılmış yağ və istiot əlavə edə bilərsiniz.

Dostlarınızla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026