Ləzzətli Tatar Şirniyyatı "Çak-Çak"

Ləzzətli Tatar Şirniyyatı "Çak-Çak"


Hər növ yemək və şirniyyat reseptleri

Ləzzətli Tatar Şirniyyatı "Çak-Çak"

Ləzzətli Tatar Şirniyyatı "Çak-Çak"
"Çak-çak"- görünüşü fərqli, dadı isə ləzzətli Tatar şirniyyatıdır. Evdar.az dadlı şirniyyatın reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

3 ədəd yumurta
350 qr un
1 paket qabartma tozu (yarım çay qaşığı soda)
bir çimdik duz
Şərbəti üçün:

1 stəkan bal
0,5 stəkan şəkər tozu
zövqə görə araxis, qoz, badam ləpəsi
Qızartmaq üçün

duru yağ
Hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün bir qazanda bal və səkər tozunu, şəkər tamamilə əriyib bal rəngindən daha açıq rəngə gələnə kimi qarışdıraraq bişirin. Əgər ballı şərbət sevmirsinizsə şəkər tozu və su ilə hazırlayın.
Xəmiri hazırlamaq üçün yumurtaları dərin bir qabda çırpın. Un, qabartma tozu, duz və çırpılmış yumurtaları qarışdırıb xəmir yoğurun. Xəmiri 2 hissəyə bölüb iki kündə hazırlayın. Kündələri oxlovla açıb, əriştə kəsdiyiniz kimi kəsin. Xəmirlərin bir-birinə yapışmaması üçün xəmirləri nisastaya və ya una bulayın. Yağı qızdırıb, qızğın yağa xəmirləri atın və qızardın. Qızardılan xəmirləri kağız dəsmalın üzərinə düzün ki, yağını çəksin. Daha sonra qızardılmış əriştələri bir qaba yığın, üzərinə isti şərbəti töküb ehtiyyatla taxta qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın. Zövqə görə qoz, badam və ya araxis ləpələsi əlavə edə bilərsiniz. Forma vermək üçün istədiyiniz qəlibə doldurun. Soyuyan şirniyyatları qəliblərindən çıxarıb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Dostlarınla Paylaş

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024