Limon duzu. Saçların və dərinin gözəlliyi üçün ucuz vasitə

Limon duzu. Saçların və dərinin gözəlliyi üçün ucuz vasitə


Hər növ yemək və şirniyyat reseptleri

Limon duzu. Saçların və dərinin gözəlliyi üçün ucuz vasitə

Limon duzu. Saçların və dərinin gözəlliyi üçün ucuz vasitə
Limon duzu mətbəxdə, məişətdə çox geniş istifadə olunur. Limon duzu ziyansızdır, onun toksiki və s. ziyanlı xüsusiyyətləri yoxdur.
Limon duzu kosmetologiyada da çox geniş istifadə olunur. Bu ucuz vasitə dəriyə çox müsbət təsir edir - dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri görünməz edir, məsamələri daraldır.
Limon duzu ilə üz maskaları:
1. 1 x.q. xamanı yarım ç.q. limon duzu ilə qarışdırın, üz dərisinə çəkin, barmaqların ucları ilə ehtiyatla massaj edin. Maskanı 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış pambıq disklə silin.
2. 1 ç.q. bal, yarım ç.q. limon duzu, 1 yumurtanın ağını yaxşı qarışdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Limon duzu saçların gözəlliyi üçün:
Limon duzu saçlara da çox yaxşı təsir edir - daha parlaq və canlı edir, yağlılığını və tökülməsini azaldır.
Hər dəfə saçlarınızı yuduqdan sonra onları son dəfə yaxalamaq üçün bu sadə vasitədən istifadə edin: 1 l su + yarım qaşıq limon duzu.         

Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024