Limon və qozla ŞƏKƏRLİ PİROQ

Limon və qozla ŞƏKƏRLİ PİROQ


Hər növ yemək və şirniyyat reseptleri

Limon və qozla ŞƏKƏRLİ PİROQ

Limon və qozla ŞƏKƏRLİ PİROQ
Məhsullar:
Xəmir:
- 200 qr kərə yağı
- 2,5 stəkan un
- 3 yumurta
- 1 stəkan şəkər tozu
- 1 paket qabartma tozu
- 1 çimdik duz
İçlik:
- 1 ədəd iri limon
- yarım stəkan şəkər tozu
- 2 ovuc qoz ləpəsi
- 1 x.q. nişasta
Hazırlanması:
1. Kərə yağını xırda doğrayın, unla oxuşdurun.
2. Yumurtanı şəkər tozu və 1 çimdik duzla mikserlə yaxşı çalın, qabartma tozunu əlavə edin, qarışdırın.  
3. Yağlı-unlu kütləyə yumurtalı kütləni əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.
4. Xəmiri 2 hissəyə bölün - biri böyük, biri kiçik, plyonkaya bükün, soyuducuda 1 saat saxlayın.  
4. Limonun sarı qabığını (sedra) sürtgəclə ehtiyatla soyun, ağ qabığını soyun və atın (ağ qabıq acı dad verir). Limonun qalan hissəsini və sedranı qoz və şəkər tozu ilə birlikdə blenderdə qarışdırın, nişasta əlavə edin, qarışdırın.  
5. Formaya kağız sərin, xəmirin böyük hissəsini qoyun, yastıladın, üzərinə içlik qoyun. İçliyin üzərinə xəmirin kiçik hisəssəsini sürtgəcdən keçirin.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 30 dəqiqə bişirin, soyuyandan sonra üzərinə pudra səpmək olar.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024