Limonlu-ballı peçenye

Limonlu-ballı peçenye


Hər növ yemək və şirniyyat reseptleri

Limonlu-ballı peçenye

Limonlu-ballı peçenye
Tərkibi:
- 1 stəkan un
- 1 dolu x.q. nişasta
- yarım stəkan şəkər tozu
- 150 q kərə yağı
- 2 yumurta
- 1 x.q. bal
- yarım stəkandan az süd
- 1 limonun sedrası
Hazırlanması:
1. Yağ, bal, limon sedrası və şəkər tozu çalın.
2. Yumurta ilə süd qatıb yenə yaxşı çalın.
3. Unu nişasta ilə birlikdə ələyin, ballı qarışığa qatıb yaxşı qarışdırın.
4. Xəmiri qənnadı torbasına yığıb perqament döşənmiş siniyə 8 sm uzunluqda şəridlər sıxın.
5. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
6. Hazır peçenyenin üzərinə şəkər pudrası səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024