Limonlu kremlə tort

Limonlu kremlə tort


Hər növ yemək və şirniyyat reseptleri

Limonlu kremlə tort

Limonlu kremlə tort
Tərkib:
- 4 yumurta
- 1 stəkan şəkər tozu
- 1 ç.q. şəkərlə tozu
- 1 stəkan un
- 1 çimdik  duz
- 1 ç.q. qabartma tozu
Limonlu krem:
- 2 limon
- 2 yumurta
- 100 qr şəkər tozu
- 1 çimdik vanilin
- 60 qr kərə yağı
- 100 qr qara şokolad (üzərinə səpmək üçün)
Hazırlanması:
1. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın.
2. Biskvit hazırlayın. Yumurta sarısını şəkər tozu və vanilinlə ağarana qədər çalın.
3. Un qabartma tozu ilə birlikdə ələyin, yumurtalı kütləyə əlavə edin, yaxşı qarışdırın.
4. Yumurta ağı 1 çimdik duzla yaxşı çalınır, qaşıqla xəmirə əlavə olunur, ehtiyatla aşağıdan yuxarıya doğru qaşıqla qarışdırılır.
5. Formanın dibinə kərə yağı çəkin, xəmir qoyun, sobada 30-40 dəqiqə ərzində bişirin.  
6. Krem hazırlayırıq. Limon sedrasını sürtgəclə çıxardın, limon şirəsini sıxın.
7. Kiçik qazana limon sedrasını, limon şirəsini, şəkər tozunu tökürük. Qazana çalınmış yumurta, doğranmış kərə yağı, vanilin əlavə edirik, qarışdıra-qarışdıra vam odda bişiririk (təxminən 10-20 dəqiqə).
8. Soyumuş biskviti 2 hissəyə bölürük, aralarına və üzərinə krem çəkirik.
9. Şokoladı sürtgəcdən keçirin, tortun üzərinə səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024