Makorandan hazırlanan pizza
Hər növ yemək və şirniyyat reseptleri
Makorandan hazırlanan pizza

Tərkibi:
— 200 qr hazır spagetti
— 3 yumurta
— 50 qr sərt pendir
İçlik:
— kolbasa
— sərt pendir
— ketçup
Əsas üçün bütün məhsullar qarışdırılır və pitsa üçün qabın içərisinə qoyulur. Qab əvvəlcədən yağlanır.
Bir qədər ketçup əlavə olunur. Kolbasa düzülür. Ən yuxarı qata pendir səpilir. Sonra isə 180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirilir. Pendir əriməlidir, yumurta isə xəmir hissəyə tam qarışmalıdır.
Bu da tez hazırlanan və dadlı pizza!