Mannılı halva resepti

Mannılı halva resepti


Hər növ yemək və şirniyyat reseptleri

Mannılı halva resepti

Mannılı halva resepti
Tərkibi:
1/2 st. irmik (mannı yarması)
1 st. süd
1/2 st. şəkər tozu
125 qr. kərə yağı
10 qoz
10 ağ kişmiş
10 qara kişmiş
5 ədəd fıstıq (badamda ola bilər)
1/2 ç.q. darçın
hil

Hazırlanması:
1.Südü və şəkər tozunu bir qazana əlavə edib qaynadırıq.
2.Qalın tavada yağı əridirik. İçinə irmik əlavə edirik. Üstünə doğranmış qozu əlavə edirim.Az xodda təxmini 30-40 dəqiqə qarışdıraraq bişiririk.
Rəngi dəyişəndə və gözəl ətir gələndə demək ki, hazırdır.
3.Kişmiş, darçın, hil əlavə edirik və hamısını yaxşı qarışdırırıq. Tavanın altını söndürürük.
4.Hazır olan şəkərli südü irmiyin üstünə yavaş yavaş töküb tez-tez qarışdırırıq.
5.Hazır halvanı istədiyiniz qaba yığıb soyuduruq. Soyuyanda başka qaba çeviririk və bu formanı alırıq.
6.Halvanın üstünü fıstıqla və ha badamla bəzəyin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024