Hər növ yemək və şirniyyat reseptleri
Marinada qoyulmuş kələm. 1 GÜNƏ HAZIR OLUR!
Tərkib:
- 2,5 kq kələm
- 3-4 kök
- 5-6 dəfnə yarpağı
Marinad:
- 1 l su
- 1/3 stəkan şəkər tozu
- yarım stəkan sirkə (9%)
- 1/3 stəkan bitki yağı
- 3 x.q. duz
Hazırlanması:
1. Kələmi nazik doğrayın.
2. Kökü yuyun, təmizləyin, sürtgəcin iri gözündən keçirin, kələmlə qarışdırın, dəfnə yarpaqlarını əlavə edin.
3. Marinad: qaynanmış isti suya duz, şəkər tozu, sirkə, bitki yağı əlavə edin, qarışdırın.
4. İsti marinadı kələmin üzərinə tökün, üzərinə ağır bir şey qoyun, 1 gün ev temperaturunda saxlayın. 1 gündən sonra kələmi yemək olar.
5. Sonra bankalara yığın, soyuducuda saxlayın.
Nuş olsun!