Məhəmməd peyğəmbər birinci müsəlmandırmı? | Tatli.Biz
Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?
Hər növ yemək və şirniyyat reseptleri

Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?

Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?
"Ənam" surəsi 163-cü ayədə buyurulur ki: "Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm".
Yuxarıdakı ayədə Peyğəmbər müsəlmanların birincisi kimi qeyd olunur. Bu barədə təfsir alimləri arasında fərqli fikirlər vardır. Çünki bilirik ki, əgər "İslam" deyərkən bu kəlmənin geniş mənası nəzərdə tutulsa, bütün səmavi dinlərə şamil olacaqdır. Elə bu səbəbdən "müsəlman" kəlməsi sair peyğəmbərlərə də aid edilmişdir. Məsələn, Nuhun barəsində oxuyuruq:
"Mənə əmr olunub ki, müsəlmanlardan olum" (Yunis, 72). Habelə İbrahim Xəlil, onun övladı İsmail barədə də oxuyuruq: "Rəbbimiz, bizi sənə müsəlman olanlardan et" (Bəqərə, 128). Yusif haqqında da "Məni müsəlman olaraq öldür", - deyə gəlmişdir (Yusuf, 101) Bu ifadə başqa peyğəmbərlər üçün də gəlmişdir.
Əlbəttə, müsəlman Allah əmrinin qarşısında təslim olan kəs anlamındadır. Bu məna bütün ilahi peyğəmbərlər və onların mömin ümmətləri barədə keçərlidir. Bu durumda Peyğəmbərin ilk müsəlman olması ya onun təslim olmasının keyfiyyət və əhəmiyyətinə görədir, - çünki onun təslim dərəcəsi və islamı hamısından daha ali idi; ya da birinci kəs idi ki, Quran ayinini və islamı qəbul etmişdi.
Bəzi rəvayətlərdə də varid olmuşdur ki, ruhlar aləmində Rəbbin dəvətinə, üluhiyyət barədə olan sualına birinci müsbət cavab verən kəs olmuşdur.

Dostlarınla Paylaş

Saytda 68 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022