Mətbəxdə bunları bilməyiniz vacibdir

Mətbəxdə bunları bilməyiniz vacibdir


Hər növ yemək və şirniyyat reseptleri

Mətbəxdə bunları bilməyiniz vacibdir

Mətbəxdə bunları bilməyiniz vacibdir
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik:

Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su ilə doldurulmuş qab qoyun. Sobanızı bir neçə dəqiqə qızdırın, sonra da soyudun.

Çaydanınızın dibi çirklənibsə içinə bir ovuc duz ilə sirkə əlavə edib çalxalayın, tərtəmiz olacaq.

Bişirdiyiniz piroq qəlibindən çıxmırsa qabın altına nəm bez qoyaraq bir az gözləyin.

Saralan qazan və tavaların içinə bir az su, bir az da yuyucu toz əlavə etdikdən sonra sobada qaynamağa qoyun. Sonra əvvəl isti su, sonra da soyuq su ilə yaxalayın.

Dibi yanan tavaları bir gecə suda saxlayın, daha asan təmizlənəcək.

İstifadə etdiyiniz tomatın xarab olmasını istəmirsinizsə üzərinə bir az zeytun yağı əlavə edərək saxlayın.

Kartofu daha asan soymaq üçün onu 1 dəqiqə qaynar suda saxlayın.

Göyərtiləri duzlu su ilə yuyun. Duzlu su göyərtiləri daha yaxşı təmizləyir.

Kişmişləri çöplərindən təmizləmək üçün onları bir ovuc unla ovun və aşsüzənə yığın. Unla bərabər çöplər də düşəcək.

Soğanın üzərinə bir az un səpilərsə qovururkən yanmaz.

Dostlarınla Paylaş

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024