Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI

Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI


Hər növ yemək və şirniyyat reseptleri

Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI

Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI
Əncir kosmetologiyada çox geniş istifadə olunur. Ənciri üz və saç üçün olan kosmetik vasitələrin tərkibinə daxil edirlər.
Əncir əsasında üz maskaları dərini yumşaq edir, cavanlaşdırır, nəmləndirir, dərinin rəngini yaxşılaşdırır.
Sizə bir neçə 3 effektli əncir maskasının reseptini təqdim edirik.
1. 1 iri əncir çəngəllə əzilir, 1 x.q. yağlı xama əlavə olunur, yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış tamponla silin.
2. 1 ənciri əzin, 1 çalınmış yumurta sarısını, 1 ç.q. gənəgərçək yağı əlavə edin, yaxşı qarışdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin.
3. 1 ənciri əzin, 1 x.q. yağlı kəsmik, 1 ç.q. limon şirəsi əlavə edin, yaxşı qarışdırın. Yuxarıda qeyd etdiyimiz kimi istifadə edin.

Dostlarınla Paylaş

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024