Nardança

Nardança


Hər növ yemək və şirniyyat reseptleri

Nardança

Nardança
Qeyd: Bütün meyvə və giləmeyvələrin (mürəbbə, turşu, kompot, nardança və s.) bişirərkən müxtəlif rənglər almasının səbəbi həmin meyvə və giləmeyvənin günün altında ya da kölgədə yetişməsindən asılıdır. Gün altında yetişənlərin rəngi gözəl olur. Kölgədə yetişənlər qaralır ya da rəngi dəyişir.

Ərzaqlar: 
Nardança

4 kq dənələnmiş nar
1 kq şəkər tozu
Əgər turş nar olsa şəkər tozunu 1 st artıra bilərsiniz

Hazırlanması:

Nar dənələrini təmiz yuyub, aşsüzəndə qoyuruq, suyu təmiz süzülür.

Nar dənəsinin suyu süzüldükdən sonra böyük bir qab götürüb, nar dənəsi ilə şəkər tozunu lay-lay yığırıq.

Bir neçə saat qalsın.

Sonra bişirməyə qoyub, yavaş-yavaş taxta qaşıqla qarışdırırıq. İsinən kimi qazdan götürüb, 1 saat saxlayırıq. Ona görə saxlamaq lazımdır ki, suyu çıxsın bişəndə nar dənələri ətini tökməsin.

Sonra yenidən qoyub qarışdır-qarışdıra bişiririk.

Suyunu qaşıqla qaldıranda qoşalaşmamış götürmək lazımdır.

Nardança
Qeyd: Nardança Azərbaycanın bəzi bölgələrində plovla yeyilir.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024