Ombreni evdə də etmək mümkündür - QAYDA

Ombreni evdə də etmək mümkündür - QAYDA


Hər növ yemək və şirniyyat reseptleri

Ombreni evdə də etmək mümkündür - QAYDA

Ombreni evdə də etmək mümkündür - QAYDA
Dəbli ombre saç görünüşünə nail olmaq əslində çox asandır. Populyarlığını qoruyan, saç trendləri arasında ilk sırada yer alan ombreni evdə də etmək mümkündür.
Necə? Təbii ki, ombre saç boyaları ilə. Aile.Tatli.Biz addım-addım ombre etməyin yolları ilə sizi tanış edir.
İlk addım: Ombre effekti ver
Əvvəlcə saçları darayın və ortadan iki yerə ayırın. Sonra ombre saç boyası qutusunun içərisində olan qarışımı hazırlayın. Boya hazır olduqda qutunun içərisindən çıxan fırçanı boyaya batırın və diqqətlə saç uclarına çəkməyə başlayın.
Boyanı fırçayla yuxarıdan aşağıya doğru çəkin. Ombredəki pilləli açılan görünüşün meydana gəlməsi üçün üzə yaxın saçların daha yuxarı hissələrinə, başın arxasında qalan saçların isə yalnız uc qisimlərinə tətbiq etməyə çalışın.
İpucu: Rəngin nəticəsi saçda saxlanma müddəti və təbii saç rənginə əsasən fərqlənə bilər. Bu səbəbdən də qutunun üzərində yazılan müddəti keçməyin və ya daha az saxlamağı məsləhət görürük.
İkinci addım: 30 dəqiqə gözlə
Boya mütəxəssislərinin fikrincə, ombre saç boyasının saçda saxlanma müddəti 30 dəqiqə olmalıdır. 30 dəqiqə gözlədikdən sonra hamamda saçları yaxşıca durulayıb boyadan təmizləyin və şampunlayıb, qulluq kremi çəkin.
Üçüncü addım: Görünüşü tamamla
Ombre saçlar hazırdır. İndi də növbə bu yeni saç rəngini ortaya çıxardacaq saç modeli meydana gətirməkdədir. Siz də fotolardakı modellər kimi dalğalı saç modeli istəyirsinizsə, saçları qurutduqdan sonra uclarını maşa ilə dalğalandıra və qulluq yağı sürtüb darayaraq, iri dalğalar yarada bilərsiniz.
Aile.Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023