Peçenyedən bişmiş kremlə TORT | Tatli.Biz
Peçenyedən bişmiş kremlə TORT
Hər növ yemək və şirniyyat reseptleri

Peçenyedən bişmiş kremlə TORT

Peçenyedən bişmiş kremlə TORT
İnqrediyentlər:
- 700 qr süd
- 32 ədəd şəkərli peçenye (düzbucaq formasında)
- 1 stəkan şəkər tozu
- 4 yumurta sarısı
- 2 x.q. un
- 1 ç.q. vanilli şəkər tozu
- yarım stəkan qoz
- 1 plitka şokolad
Hazırlanması:
1. Soyuq yumurta sarısı, şəkər tozu, vanilli şəkər tozunu mikserlə yaxşı çalın.
2. Kütləni qarışdıra-qarışdıra yavaş-yavaş içinə 600 qr qaynar südü əlavə edin, yaxşı qarışdırın.
3. Kütləni qazana tökün, orta odda qarışdıra-qarışdıra qatılaşana qədər bişirin, soyudun.
4. Qalan 100 ml südü bir qədər qızdırın, hər peçenyeni süddə 3-4 saniyə saxlayın, çıxardın.
5. Peçenyeləri düzbucaqlı məcməyiyə düzün (hər layda 4 peçenye 2 sırada). Layların arasına krem çəkin, xırdalanmış qoz səpin.     
6. Tortun üzərinə və böyürlərinə krem çəkin, üzərinə sürtgəcdən keçirilmiş şokolad səpin.
7. Tortu soyuducuda 5-6 saat saxlayın.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 116 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022