Pendirli "düşbərə" (resept)

Pendirli "düşbərə" (resept)


Hər növ yemək və şirniyyat reseptleri

Pendirli "düşbərə" (resept)

Pendirli "düşbərə" (resept)
Tərkibi:

250 qr yağlı pendir

2 ədəd yaşıl soğan

1 x/q acı tomat sousu

1st su

1 ədəd yumurta

1st qarğıdalı yağı

24 ədəd hazır buterbrod pendiri

Sous üçün:

2x/q bal

1 ç/q sirkə

1x/q küncüt yağı

Hazırlanması:

Əvvəlvə soyuducudan yağlı pendiri çıxarıb dərin qaba qoyun.

Üzərinə xırda doğranılmış yaşıl soğanı əlavə edin.

Daha sonra acı tomat sousunu əlavə edib mikserlə qarışdırın.

Bu ərəfədə bir qaba su tökün.

İçərisinə yumurta əlavə edib yaxşı qarışdırın.

İçlikdən bir qədər götürüb hazır buterburod pendirinin bir ucuna qoyuruq.

Buterbrod pendirinin kənarlarına yumurtalı sudan çəkin. Bu onun bükülməsinə kömək olacaq
İçliyi buterbrod pendirinə büküb üclarını birləşdirin.

Bu üsulla davam edin.
Duru yağı tavaya tökün və pendir bükmələrini orada bişirin. Bir neçəsini bir anda bişirə bilərsiz.

İndi isə sous hazırlayaq. Bal, sirkə və küncüt yağını qarışdırın.
Budur, pendirli "düşbərəmiz" hazırdır.

Nuş olsun!

(

Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024