Pomidor şorbası


Hər növ yemək və şirniyyat reseptleri

Pomidor şorbası

Pomidor şorbası
Ərzaqlar:
Pomidor şorbası

6 ədəd pomidor

2 x.q əridilmiş kərə yağı

1 x.q dolu un

4 st su

1 st süd

Duz

Istiot

Üstünə səpmək üçün pendir

Hazırlanması:

Pomidorları yuyub qabığını soyub blenderdən keçiririk.

Pomidor şorbası
Yağı qazana töküb əridirik. Yağ qızdıqda unu əlavə edib 1-2 dəqiqə qovururuq.

Pomidor şorbası
Sonra pomidoru əlavə edirik.

Pomidor şorbası
5-10 dəqiqə qaynadıqdan sonra südü də əlavə edirik və 3 dəqiqə sonra suyu töküb qarışdırıb bişiririk. (Təxminən 15-20 dəqiqəyə yemək hazır olacaq.)

Pomidor şorbası
Yemək hazır olmağa az qalmış duz və istiotunu da tökürük.

Pomidor şorbası
Yeməyi süfrəyə verərkən pendiri sürtgəcdən keçirib üstünə səpirik.

Pomidor şorbası
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026