Pomidor və kolbasa omleti


Hər növ yemək və şirniyyat reseptleri

Pomidor və kolbasa omleti

Pomidor və kolbasa omleti
Bu omlet səhər yeməyinizi daha rəngarəng edəcək.

Tərkibi:

Kolbasa – 200 qram
Pomidor – 200 qram
Yumurta – 4 ədəd
Süd – 200 ml
Soğan – 150 qr
Un - 1 ç/q
Duz
İstiot
Bitki yağı

Əvvəlcə soğan, kolbasa və pomidoru xırda-xırda doğrayırsınız.

Soğanı bitki yağında qovurub üzərinə kolbasa və pomidoru əlavə edirsiniz. Qabda yumurtaya duz və istiot qatıb çalırsınız, bu qarışığa unu əlavə edirsiniz. Un omleti şişirtmək üçündür. Daha sonra südü qatırsınız. Alınan qarışığı kolbasanın üzərinə əlavə edib sobada 180 dərəcədə bişirirsiniz.

20-25 dəqiqədən sonra ləziz omlet hazırdır.

Dostlarınızla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026